8.02.2021 - 703 - Moda
1990-cı illərin məşhur modeli olan Bilun Dohmen 8 il əvvəl kənd həyatını seçərək, hər şeyini satıb və sənətdən gedib.
SHOWXEBER.AZ türk mediasına istinadən xəbər verir ki, Avropa və Türkiyədə ən məşhur moda gecələrində podiuma çıxan Bilun hazırda çətin günlər yaşayır.
Dohmen Gündoğan məhəlləsinə köçərək, özünə kiçik ferma qurub. Bu illər ərzində keçmiş modelin başına gəlməyən qalmayıb.
Bilun evinə girən oğrulara və yaşadığı çətin günlərə görə evini satışa çıxarıb. Tək yaşayan Dohmenin evi 3 dəfə soyulub. Qoyunları, keçiləri oğurlanan keçmiş modelin bu dəfə toyuqları yoxa çıxıb. O, bundan sonra həmin evdə qalmaqdan qorxduğunu bildirib.
O, evinin qapısını bağlayaraq, Bodruma köçüb. Dohmen xəyalının yarımçıq qaldığını deyib:
"Çətinliklə xəyallarımı gerçəkləşdirdim, ferma qurdum. Başıma gəlməyən qalmadı. İllərlə burada çalışdım, imkan vermədilər. Tək bir qadının burada yaşaması çətindir. Nəyim varsa, oğurladılar. Qorxuram, yaşaya bilmirəm".
/axsam.az