07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

"2023-cü ildə aya uçacağıq" - Ərdoğan

10.02.2021 - 129 - Sosial

"Kosmik fəaliyyətimizi inkişaf etdirmək üçün səylərimizi var gücümüzlə davam etdiririk. Türkiyədə kosmos dövrü başlayır. 2023-cü ildə aya uçacağıq”.  

SHOWXEBER.AZ xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasında Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyənin milli kosmik proqramlarını açıqlayan prezident deyib ki, Türkiyənin 10-cu hədəfi kosmosa türk kosmonavtını göndərməkdir.

Sənaye və Texnologiyalar naziri Mustafa Varank Türkiyə Respublikasının milli kosmos proqramı haqqında məlumat verib.

Ərdoğan Türkiyənin kosmik proqramlarını həyata keçirmək üçün müttəfiq ölkələrlə əməkdaşlıq edəcəklərini deyib.

Qeyd edək ki, 2018-ci ilin dekabrında Türkiyə prezidentinin qərarı əsasında qurulan və 2019-cu ildən rəsmi fəaliyyətə başlayan Türkiyə Kosmik Agentliyi (TUA) kosmik fəaliyyətlərə aid bütün şirkətləri özündə birləşdirir.

Tədbirdə TUA-nın vəzifə və hədəfləri haqqında da məlumat verilib, TUA-ya üzv olan tərəfdaş şirkətlər fəaliyyət planlarına dair müqavilə imzalayıblar.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti