12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Mehriban Əliyeva qazimizlə bağlı tapşırıq verib - Video+Fotolar

10.02.2021 - 152 - Sosial

Vətən Müharibəsi qazisi Əzim Qafarov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müalicə olunması üçün Gülhanə xəstəxanasına göndərilib.
 
SHOWXEBER.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ Müharibəsində iştirak edənlərə dövlət qayğısı siyasətinə dəstək missiyasını davam etdirir.
 
Belə ki, Mehriban Əliyevanın tapşırığı ilə Vətən Müharibəsinin iştirakçısı olmuş 1986-cı il təvəllüdlü Qafarov Əzim Rafik oğlu müvafiq müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyənin Gülhanə xəstəxanasına göndərilib. Onu Azərbaycandan ixtisaslaşmış həkim də müşayiət edib.


 
Ə.Qafarov yola düşmədən öncə açıqlamasında bildirib ki, Cəbrayılda döyüş zamanı 3 güllə xəsarəti alıb:
“Bir güllə onurğa sinirimi zədələyib, ayaqlarım hərəkətsizdir. İndi müalicə üçün Türkiyəyə aparırlar, inşallah həkimlər məni sağaldacaqlar. Allah Prezidentimizin, Mehriban xanımın canını sağ eləsin, onlara uzun ömür versin. Onların tapşırığı ilə məni Türkiyəyə aparırlar. Ümidliyəm, inanıram ki, orada ayaqlarım açılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.
 
Ə.Qafarovun həyat yoldaşı Ülviyyə Qafarova bildirib ki, qazinin onurğa beyin və daxili orqanları zədələnib:
“Sinədən aşağı orqanları və ayaqları işləmir. Hazırda yataq yaraları da var, durumu nisbətən ağırdır. Türkiyənin Gülhanə xəstəxanasında müalicə olunmasına köməklik göstərdiyi üçün Prezidentimizə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.
 
Qeyd edək ki, Əzim Qafarov sentyabrın 27-də Kəlbəcər istiqamətində 3 gün vuruşub, daha sonra Murovdağ, Füzuli, Kəlbəcər və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda yaralanıb. Aldığı güllə yaraları nəticəsində mədə, dalaq, ağciyər, qaraciyər, döş qəfəsi və onurğası zədələnib, aşağı ətrafı iflic olub.



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti