12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“Qalatasaray” Arda Turanla bağlı apelyasiya şikayəti verəcək

10.02.2021 - 126 - Sosial

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan 2 oyunluq diskvalifikasiya olunub.

SHOWXEBER.AZ-ın məlumatına görə, buna səbəb Super Liqanın XXIV turunda “Fənərbaxça” ilə səfər matçında 34 yaşlı yarımmüdafiəçinin təhqiramiz ifadələr işlətməsi olub.

Lakin Türkiyə Futbol Federasiyasının (TFF) bu qərarı “sarı-qırmızılılar”ın narazılığına səbəb olub. Klub rəhbərliyi məsələ ilə bağlı bəyanat yayaraq, apelyasiya şikayəti edəcəyini vurğulayıb:

“Telefonla çəkilən, mənbəsi bəlli olmadan sosial şəbəkədə yayılan videogörüntülərə görə verilən iki oyunluq cəza qəbuledilməzdir. Bu, Türkiyə futbolunda bir ilkdir. Hakimin, federasiya nümayəndəsinin və digər rəsmilərin raportunda yer almayan, kökü bilinməyən bir çəkilişdəki sözə görə cəza kəsmək bütün hüquqi qanunlara ziddir. “Qalatasaray” klubu tərəf tutaraq bu qərarı verənlərə qarşı sona qədər mübarizə aparacaq”.

Qeyd edək ki, “Ülkər” stadionunda keçirilən oyunda “Qalatasaray” “Fənərbaxça” üzərində 1:0 hesablı qələbə qazanıb. //APA


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti