14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

“Ağdam azad olunan gün göz yaşlarım qurumurdu” - Arif Babayev

13.02.2021 - 480 - Mədəniyyət

“İnsult keçirdim, iki dəfə onurğa sütunumdan əməliyyat olundum. Ötən il mənim üçün çox ağır keçdi. Vətən müharibəsində qazandığımız qələbəyə ürəyim istəyən kimi sevinə bilmədim”.

SHOWXEBER.AZ  xəbər verir ki, bunu Azvision.az -a Xalq artisti Arif Babayev səhhətindən danışarkən deyib. Xanəndə tədricən sağlamlığına qovuşduğunu bildirib.

“İki dəfə ölümə bərabər əməliyyat keçirdim. Vəziyyətim çox pis idi. İndi yavaş-yavaş düzəlirəm. Həkimlər özümü soyuqdan qorumağı məsləhət görüblər. Çox vaxt evdə oluram, arada çölə çıxıb hava alıram. Məni insult vurmuşdu, çox ağır günlər keçirdim. Ölkəmiz qələbə sevincini qeyd edirdi, mən isə həkim, dərman dalınca qaçırdım. Allahın bu gününə şükür, vəziyyətim xeyli yaxşılaşıb. Ayağa qalxıb əsa ilə də olsa yeriyə bilirəm.

Çalışıram ki, virusa yoluxmayım. Ölkəmizin birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm, ağır günlərimdə mənə dəstək oldu. Hər gün bir tibb bacısı növbə ilə mənə qayğı göstərirdi”.

Xalq artisti doğma rayonu Ağdamın işğaldan azad olunduğu gün yaşadığı sevinc hisslərini dilə gətirib:
“Bu yaşıma qədər bəlkə də belə sevinməmişdim. Göz yaşlarım qurumurdu, dayanmadan ağlayırdım. Həmişə deyirdim ki, ay Allah, görəsən mən o yerləri bir də görəcəyəm? Doğulduğum, böyüdüyüm yeri gözümün qabağına gətirirdim ki, yaşlandıqca yadımdan çıxmasın. Sağ olsun Ordumuz.

Şuşanın azad olunması isə ayrı bir tarixdir. Uşaqlığımız orada keçib. Ağdamı minadan təmizləsinlər, ora gedəcəyəm. Şəhərimizi görmək üçün ürəyim gedir. Gedim görüm şəhərimiz necədir, orada nələr qalıb, nələr dağılıb. Evimizin dağıdıldığını bilirəm. Allah ermənilərə lənət etsin. Hər yeri məhv ediblər.

Oraları yaşayış məskəninə çevirsinlər, mən də həyat yoldaşımı götürüb Ağdama köçüm. Şəhərimizdə musiqi məktəblərindən birində dərs demək istəyirəm. Nəvələr, nəticələr istəsələr gələrlər. Amma mən gedəcəyəm”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti