11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə...

21.03.2021 - 699 - Mədəniyyət

Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında gənc aktyor, ssenarist Ramiz Hüseynzadə qəfil dünyasını dəyişib. Kulis.az aktyorun həyat və yaradıcılığında diqqət çəkən məqamları təqdim edir.

Ramiz Hüseynzadə 1979-cu il sentyabrın 8-də Bakıda anadan olub.


Bir zamanlar Azərbaycanda yumor proqramları arasında “nömrə 1” olan “Tək səbir”in yaradıcılarından olub.


Ramiz müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəri kimi fəaliyyət göstərib.

Ramiz Hüseynzadə bir sıra sevilən filmlərin ssenaristi olub. Müəllifi olduğu həmin filmlərdə aktyor kimi də iştirak edib və xüsusi bacarığı ilə seçilib.



O, “Toy” (II), “Hippokrat andı”, “Yumurta (II)”, “Hozu”, “Samedik”, “Toydan sonra nağara” və s. filmlərin ssenaristi, prodüseri olub. Çalışdığı filmlərin əksərində aktyor kimi də rol alıb.



Aktyorun ölüm xəbəri yayılan zaman onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilsə də, ardınca ölüm səbəbi dəqiqləşdirilərək beyin qan sızması baş verdiyi açıqlandı.

Mərhumun dostlarının məlumatına görə o, yüksək təzyiqdən əziyyət çəkirmiş. Onun avtomobildə ikən vəziyyətinin pisləşdiyi və elə sükan arxasında dünyasını dəyişdiyi bildirilir.



Ölümündən bir müddət əvvəl yeni layihəyə başlayıbmış. Yeni işləri ilə bağlı çox sevincli imiş. İdarə etdiyi restoranda həftənin müəyyən günləri “Stand-up” şoular təşkil edir, ölkənin tanınmış stəndapçıları həmin məkanda tamaşaçıların qarşısına çıxırmış.



İki oğlu, bir qızı var: İlkin, Abdul, Məryəm... Böyük övladının 18 yaşı var. Sosial şəbəkələrdə paylaşdığı fotolarda daim qızı Məryəmin onun yanında olduğunu görürük.



Allah rəhmət eləsin.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti