11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

“Türkiyə və Azərbaycan incəsənəti arasında körpü olacağam” - Röyanın qardaşı İsmayıl

9.07.2021 - 369 - Maqazin

Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl müğənnilik fəaliyyətini Azərbaycanda davam etdirməyi qarşısına məqsəd qoyub. 

SHOWNEWS.AZ xəbər verir ki, 4 yaşından İstanbulda böyüyən İsmayıl iki qardaş dövlət arasında mədəni bağların güclənməsi üçün əlindən gələni edəcək:

"Türkiyədə İstanbul Aydın Universitetinin "Radio, Televiziya və Musiqi" ixtisasını bitirmişəm. Uzun müddət ifaçılıq sənəti üzrə özəl dərslər almışam. Türk musiqisini peşəkar səviyyədə bilirəm. Azərbaycan musiqisi isə mənim canımda, qanımda, genlərimdədir. Bakıya gəlməyimin də məqsədi Allahın izni ilə məhz iki dövlət arasında musiqi sahəsində böyük işlər görməkdir".

Bakıda xeyli işlər görəcəyini bildirən İsmayıl, Türkiyədə gördüyü işləri də yarımçıq qoymadığını açıqlayıb:

"Mənim İstanbulda musiqi şirkətim var. Bakıda işlərim necə davam edəcəksə, İstanbulda da eyni tempdə işlərimiz gedəcək. Bu yaxında yeni mahnım, yeni klipim və fotosessiyam olacaq. Azərbaycan tamaşaçısı hələ ki, məni yaxşı tanımır. Əlimdən gələni edəcəm ki, onların sevgisini qazanım".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti