закрыть
Test Test2
Xalq artisti SSRİ-nin TARİXİNƏ DÜŞÜB -

Xalq artisti SSRİ-nin TARİXİNƏ DÜŞÜB - VİDEO

Maqazin 15-yan, 10:24 11
Azərbaycanın xalq artisti Aygün Kazımova tarixə düşüb.

SHOWRXEBER.AZ xəbər verir ki, Xalq artistinin 1989-cu ildə ifa etdiyi bəstəsi Eldar Mansurova məxsus "Bu sevgi" mahnısı SSRİ-nin plastinka istehsal edən "Melodiya" şirkətinin arxivinə düşüb. Belə ki, nüfuzlu "melodiya" firması mahnını 1991-ci ildə buraxdığı plastinkaya daxil edib. Bununla da Aygün Kazımova Azərbaycan musiqi tarixində "Melodiya" şirkətinin buraxdığı plastinkaya ifası salınan ən gənc ifaçı kimi tarixə düşüb.

Xatırladaq ki, şirkətin buraxdığı plastinkaya hər ifaçının mahnısı daxil edilmir. "Melodiya" firması SSRİ-nin plastinka istehsal edən yeganə böyük ciddi şirkəti olub. Qeyd olunan plastinkada Aygün Kazımovanın "Bu sevgi" və "Uzaqlıq" mahnıları yer alıb.

Oxşar xəbərlər