18.02.2020 - 280 - Sosial
Yatdığı vaxt epilepsiya tutub
Bərdə rayonunda gənc oğlan faciəli şəkildə ölüb
SHOWXEBER.AZ-ın məlumatına görə, hadisə rayonun Kələntərli kəndində baş verib.
Kənd sakini, 1998-ci il təvəllüdlü epilepsiya xəstəsi İsgəndərov Elməddin İsgəndər oğlu yaşadığı evdə yatdığı vaxt epilepsiya tutub. O xəstəliyin təsirindən otaqda çarpayısının yanındakı yanan qaz sobasının üstünə düşərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.