11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Siruz Qoçqani ilə bağlı açıqlama: Əməliyyat etməsinə qadağa qoyuldu

19.05.2020 - 289 - Sosial

"Əməliyyat zamanı gənc qızların ölümünə səbəb olan plastik cərrah Siruz Qoçqani artıq plastik-cərrahiyə əməliyyatlarına buraxılmır". 

Bu barədə "Yeni Sabah”a "Baku Medical Plaza”nın mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva məlumat verib:

"Qeyd edim ki, bu ilin may ayının 11-də 1996-cı il təvəllüdlü Musazadə Turanə Tofik qızının ölümündən sonra klinikanın rəhbərliyi belə qərara gəldi ki, istintaqın yekun qərarı olana kimi Siruz Qoçqani plastik əməliyyatları dayandırsın. Ancaq onun klinikada fəaliyyətinə xitam verilməyib. Dünyasını dəyişənin ailəsinin klinikadan heç bir şikayəti yoxdu”. 

Qeyd edək ki, məlum hadisədən sonra ötən ilin may ayında "Baku Medical Plaza”da Siruz Qoçqani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi. 

Turanə Musazadənin ölümündən sonra Sona Gürgünün ailəsinin nümayəndəsi olan Samir Zeynalov Qoçqaninin Azərbaycanda plastik cərrah kimi iş icazəsinin olmaması ilə bağlı Səhiyyə Nazirliyinin verdiyi rəsmi sənəd paylaşdı. 
A.Rzayeva bu ittihama da cavab verib.

 Bildirilib ki, Siruz Qoçqaninin plastik cərrah işləməsi üçün onların əlində sənəd var: "Bu barədə yayılan informasiyalar yalandı. Klinikanın rəhbərliyi bu sənəd əsasında Qoçqaniyə işləməyə icazə verib”. 
Xatırladaq ki, Turanı Musazadənin ölümündən sonra Xətai rayon prokurorluğunda faktla bağlı araşdırmalar başlanıb. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti