11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Azərbaycanlı idmançı və ailəsi koronavirusa yoluxubmuş...

20.05.2020 - 317 - Sosial

Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirus xəstəliyi keçirib.

Showxeber.Az “Report”a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı idmançının özü məlumat verib.

Hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan idmançı ailə üzvlərinin də pandemiyadan əziyyət çəkdiyini bildirib. O, artıq hər şeyin qaydasında olduğunu açıqlayıb:

“Özüm də bu virusa yoluxmuşdum. Bütün ailəmiz - mən, həyat yoldaşım, anam, atam bacım xəstələndi. Sanki hamı bir-birinə ötürdü. Bu, adi qrip deyil, təhlükəli virusdur. Hətta anam ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, mayın 19-da evə buraxıldı. Anamdan fərqli, mən xəstəliyi yüngül formada keçirdim. Sadəcə, qızdırma və ağrılarım var idi”.

Artıq bir həftədir sağaldığını deyən Şərifov hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə dünya, 2012-ci ildə olimpiya (hər ikisi 84 kq), 2019-cu ildə isə Avropa çempionu (92 kq) olub. O, ötən il Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında (97 kq) gümüş medal və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti