Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Sosial 09-in, 14:35 54
10 iyunda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Showxeber.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz  40-45 faiz təşkil edəcək.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz  22-27 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında  meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxşar xəbərlər
z