15.09.2020 - 173 - Sosial
Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.
Bu barədə Showxeber.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.