11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

5 aya yaxındır ki, oğlundan xəbər ala bilmir...

15.01.2021 - 125 - Sosial

23 yaşlı leytenant İbrahim Vəlizadə Vətən müharibəsində itkin düşən hərbçilərimizdəndir. 

Bu barədə “Qafqazinfo”ya hərbçinin atası Səməd Vəlizadə məlumat verib. Onun sözlərinə görə, oğlu ilə sonuncu dəfə müharibə başlamazdan əvvəl danışıb, həmin günün səhəri isə döyüşlər başlayıb:

“Oğlum İbrahim Vəlizadə 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub. Müharibədən əvvəl Şəmkirdə “N” saylı hərbi hissədə xidmət edib.

Sentyabrın 26-da zəng eləmişdi, danışdıq. Bu, axırıncı danışımız oldu. Sonra müharibə başladı, o vaxtdan da oğlumdan xəbər yoxdur. Müdafiə Nazirliyinə müraciət etmişik, deyirlər ki, adı itkinlər siyahısındadır, axtarılır”.

S. Əlizadə bildirib ki, özü də oğlunu axtarmaq üçün gümanı gələn hər yerə baş vurub. Ata oğlunun əsir düşə biləcəyi ehtimalını da istisna etmir: "İbrahim oktyabrın 8-də Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib. Ümid edirik ki, əsirlikdədir və sağ-salamatdır”.

Ailəsi İbrahim Vəlizadə ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət etdiyini deyir
Xatırladaq ki, Müdafiə Nazirliyi itkin düşmüş hesab olunan şəxslərin siyahısını açıqlayıb. Onların arasında leytenant İbrahim Vəlizadə də var.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti