11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Vəfat edən aktyorun dostu: “Altı gün öncə restoran açmışdı”

19.03.2021 - 606 - Mədəniyyət

“Ramiz yüksək təzyiqdən əziyyət çəkirdi. Hər dəfə də zarafatyana deyirdi ki, mənə heç nə olmaz, limon çeynəyərəm, təzyiqim düşər”.

SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri news24.az-a açıqlamasında mərhum aktyor Ramiz Hüseynzadənin dostu Yusif Ramiz deyib. O, bildirib ki, aktyor uzun müddət təzyiq problemindən əziyyət çəkib: 

“Çox pozitiv insan idi. Onunla 2013-cü ildən tanışıq. Düzdür, son bir neçə ayda pandemiya səbəbindən maddi sıxıntıları vardı, amma altı gün öncə bir restoran açdı və müəyyən planlarını gerçəkləşdirdi.

 Vəziyyət düzəlməyə doğru gedirdi. Amma dünən axşam hamımızı sarsıtdı. Hələ də özümə gələ bilmirəm. İki gün qabaq ailəsi ilə deyib-gülüb, sonra birdən-birə halı pisləşib, təcili yardım çağırmaq istəyib, amma bacarmayıb, telefon əlindən düşüb. Xəstəxanaya aparılsa da, xilas etmək mümkün olmadı”. 

Y. Ramiz mərhumun yayılan statusuna da münasibət bildirib: “Bilmirəm, bu sözləri kim yazıb, kim yayıb, amma Ramiz heç vaxt ölümdən danışmazdı. Gözəl ailəsi, üç balası, işi-gücü var idi. Niyə ölmək istəsin?! O, gəzməyi, əylənməyi sevən, həyat dolu adam idi. İnanmıram ki, bu statusu o yazıb”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti