18.04.2021 - 749 - Mədəniyyət
Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.
SHOWXEBER.AZ APA-ya istinadən xəbər verir ki, mərasim “Təzə Pir” məscidində təşkil olunub.
Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.
Vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.