11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Şəhid sərhədçilərimiz dəfn OLUNDU

16.05.2021 - 597 - Sosial

Ötən gün sərhəd pozucularının açdığı atəş nəticəsində həlak olan baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu dəfn olunub.

SHOWXEBER.AZ  
xəbər verir ki, baş leytenant Samir Eyvazov anadan olduğu Tovuz rayonun Bozalqanlı kəndində, gizir Fərid Alimov isə doğulduğu Quba rayonunun Yeni Güləzi kəndinə torpağa tapşırılıb.

Qeyd edək ki, mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatında bildirilib ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar.

Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti