11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Ağdaşda 15 yaşlı qızla 24 yaşlı şəxsin toyu: 4 yaşında göbəkkəsdi olubmuş...

21.11.2021 - 231 - Hadisə

Ağdaşda 15 yaşlı qızla evlənən 24 yaşlı şəxsə cinayət işi açılıb. Məhkəmə onun barəsində hökm çıxarıb. İfadələrdən məlum olub ki, qızın 4 yaşı olanda evləndiyi oğlanla göbəkkəsdi ediblər...

Musavat.com xəbər verir ki, işin üstü toydan sonra açılıb. 24 yaşlı Qasımın (ad şərtidir) 15 yaşlı Çiçəklə (ad şərtidir) toyu olub. Qız toyu onun anasıgilin həyətində, oğlan toyu isə rayonda şadlıq sarayında keçirilib.

Bu hadisədən sonra Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Qasımla Çiçək həm də qohumdur.

Qasım deyib ki, ailə qurduğu Çiçək onun qohumu olub, ailəvi gediş-gəlişləri də var imiş.

Bir-birlərini uzun müddət sevdiklərini deyən Qasım bildirib ki, ailə qurmaq qərarına gəldiklərini valideynlərinə deyiblər və onlar da etiraz etməyib.

Onun sözlərinə görə 4 yaşları olanda valideynləri onları göbəkkəsdi ediblər. İşin maraqlı tərəfi budur ki, göbəkkəsdidən sonra Çiçəyi də Qasımın ailəsi saxlayıb.

Çiçək 15 yaşına çatanda onların əvvəlcə qız toyu olub. Qız toyu Çiçəyin valideyinlərinin həyətində baş tutub. Oğlan toyu isə rayondakı şadlıq sarayında keçirilib.

Onların hər ikisi xoşbəxt olduqlarını deyiblər. Çiçək 2020-ci ildə - 16 yaşında ana olub...

Araşdırmalar zamanı Çiçək, onun valideynləri və Qasımın valdieynləri də eyni məzmunlu ifadə veriblər.

Tərəflərin bir-birindən şikayətçi olmaması Qasımın cəzasını yüngülləşdirib və ona 1 il müddətinə şərti cəza təyin edilib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti