29.12.2021 - 214 - Sosial
“Kirayədə qalan şəxslər də ünvanlı sosial yardım ala bilər”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, yardım üçün müraciət edən şəxs kirayə müqaviləsinin xərclərini rekvizitlərdə göstərməlidir.
“Bu zaman kirayə xərcləri və ümumi xərclər nəzərə alınaraq ünvanlı sosial yardım almaq mümkündür”, - deyə o bildirib.