19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Bakıda müəllim şagirdin başını divara ÇIRPDI

12.01.2022 - 186 - Hadisə

Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşıb.


SHOWXEBER.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məktəbdə təhsil alan şagird Leyla Əliyevanın anası məlumat verib.

O bildirib ki, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi onun əlindən markeri alıb:

“Şagirdlərin gözü qarşısında qızımın başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdiriyyətə danışdı. Xatırladım ki, mən də 16 il təhsil müəssisəsində müəllimə kimi çalışmışam.

Üç övlad böyüdürəm. Uşaqlarımın tərbiyəsinə və təhsilinə xüsusi diqqət yetirirəm. Bu özbaşınalığa susmayacağam. Belə vəhşiliyə yol verən kəs müəllim adını daşımamalıdır”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb:

“Araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti