11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Türkiyədə müalicə alan qazimiz həkim səhvinin qurbanı oldu: Yeriyərək xəstəxanaya girdi, komaya düşdü

13.01.2022 - 194 - Sosial

Vətən müharibəsində yaralanan Yaqub Qəhrəmanlı 6 aydir ki, komadan ayılmır. O müharibənin ilk günlərində yaralı komandirini döyüş meydanından çıxararkən ağır yaralanıb. 


 

Yaqub YAŞAT Fondunun dəstəyi ilə hazırda Türkiyədə müalicə alır. 

 

Yaqub Qəhrəmanlının qardaşı Rahil Qəhrəmanlı AZXEBER.COM-a qazinin vəziyyəti haqqında məlumat verib.

 

- Yaqub Qəhrəmanlı nə vaxt və harada yaralanıb?

 

- Yaqub sentyabrın 27-dən etibarən Ağdərə-Suqovuşan istiqamətində döyüşüb. Sanitar kimi 20 yaralımızı, 8 şəhidimizi döyüş zonasından çıxarıb. Döyüşün 3-cü günü, 29-u səhər saatlarından öz kaskasını digər döyüş yoldaşına verib. Daha sonra yanlarına minomyot düşüb və başının arxasından ağır yaralanıb. Daha sonra vertolyotla Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. Orada əməliyyat olunub və ayılıb. 3-4 ay sonra isə vəziyyəti normallaşmışdı. İyul ayında YAŞAT Fondu tərəfindən Türkiyəyə fizioterapiyaya göndərildi. Başında qəlpə dəyən hissədə sümük yox idi, orada həkimlər əməliyyat edərək plastika qoyacaqlarını dedilər. Həmin əməliyyatdan sonra Yaqub komaya düşdü. İndi 6 ay keçib, hələ də komadadır. 

Hazırda haradadır və ümumi vəziyyəti necədir?

 

- Hazırda Türkiyənin İstanbul şəhərində İstanbul Cərrahiyyə xəstəxanasındadır. Komadadır və vəziyyəti də ağır olaraq qalır. 

- Yaqubun səhhətinin düzəlməsi üçün nəyə ehtiyac var və həkimlər bu barədə nə deyir?

 

- Buradakı həkimlər heç bir öhdəlik götürmür, heç bir vəd vermirlər. Sadəcə yüngül müalicə edirlər və bəlkə oyanar deyə, gözləyirlər. İndi düşünürük ki, bəlkə də xaricdə bunun müalicəsi üçün daha yaxşı həkim olar və ya orada yaşayan azərbaycanlıların məsləhət bildiyi yaxşı xəstəxana və ya həkim olar. Daha dəqiqi, bizim istəyimiz daha yaxşı həkim tapmaqdır. Buradakı həkimlərdən xahiş edirik ki, xəstəyə baxın, amma sırf onların bunun üçün bacardığı bir şey yoxdur. 

- Yaqubun komaya düşməsində həkim məsuliyyətsizliyi olub? 

 

- Bəli, burada həkimlərin də məsuliyyətsizliyi olub. Azərbaycandan da Yaquba baxmaq üçün bir neçə neyrocərrah həkimlər gəlib və onlar da bildirib ki, həkimlərin səhvi olub. Həmin həkimlər də heç bir səbəb göstərməyib. İndi biz İstanbulda xəstəxanadayıq, YAŞAT Fondundan zəng vurub maraqlanırlar. Amma başqa köməklik edən yoxdur. Bir onu istəyirik ki, bizə daha yaxşı həkim tapılsın və Yaqubu komadan çıxarmağa kömək etsinlər. Xahiş edirik bizə kömək edin.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti