29.01.2022 - 102 - Sosial
Bu gündən başlayaraq pandemiya səbəbindən Rusiyada qalan Azərbaycan vətəndaşlarının ölkəyə buraxılmasına start verilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Qusarın Azərbaycan-Rusiya sərhədindəki Samur sərhəd-keçid məntəqəsindən gələn soydaşlarımız burada koronavirusa qarşı test ediləcək.
İlkin olaraq bu gün 100 nəfər Azərbaycan vətəndaşının ökəyə buraxılması nəzərdə tutulur.