19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

“Qayınanasını öldürən gəlinin cinayətini televiziyada göstərmək lazım deyildi...”

3.02.2022 - 137 - Sosial

“Bu gün efirlərimizi qayınana-gəlin, ər-arvad davasından bəhs edən hadisələr zəbt edib. Belə məlum olur ki, ortada hansısa səbəb var. Ailə quran gəncləri kim çağırıb onlarla danışır?! Kişi arvadını bıçaqlayır, başını kəsir. Bütün bunlar bizim cəmiyyətdə olmayan şeylərdir. Türk dünyasında, müsəlman mühitində olmayan bu kimi hadisələr son 10 ildə çox baş verir”

 
Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlu bu cür hadisələrin efirlərdə müzakirə edilməsinin də əleyhinə olduğunu bildirib:
 
“Burda vətəndaş cəmiyyəti aktiv işləməlidir. Hesab edirəm ki, qayınanasını öldürən gəlinin cinayətini televiziyada göstərmək lazım deyildi. Uşaqlarla işləyən polislərimiz var, onlar evlərə getməlidir, ailələrlə danışmalıdır. Əvvəllər sahə müvəkilləri ailələrlə görüşüb, problemləri ilə maraqlanırdı. İndi isə bunlar yoxdur. Bizdə “Qız atası” deyilən bir serial çəkiblər, adam dəhşətə gəlir. Türkiyə təcrübəsindən öyrənmək lazımdır. Görün orda necə filmlər, zorakılığa qarşı kliplər çəkirlər. Biz bir cəmiyyət olaraq yetişməliyik və bunun qarşısını almalıyıq. Hər şeyi hökumətin boynuna yıxmaq lazım deyil”.
 
Vasif Əlihüseyn


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti