19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Müslüm Maqomayevin yeganə övladı haradadır?

18.06.2022 - 60 - Mədəniyyət

Müslüm Maqomayev təkcə səsi ilə deyil, xarizması ilə də ətrafdakıları heyran edirdi. Təsadüfi deyil ki, yaraşıqlı Müslüm çox gənc ikən ail qurdu. 19 yaşı müğənni Ofeliya Vəliyeva ilə 1961-ci ildə dünya evinə girir. Onların evliliyi çox uzun sürməsə də Müslümün bu izdivacdan bir övladı dünyaya gəlir. Marina adlı bu qız dahi sənətkarın ilk və son övladı olur.


Təsadüfi deyil ki, bütün müsahibələrində Maqomayev həyatda ən çox sevdiyi üç şeydən biri qızı olduğunu deyirdi. Qışda doğulduğu üçün Marinanı çox zaman “qarçiçəyi” deyə çağırırdı. 

Müslüm Maqomayevin qızı ilə bağlı arzusu ürəyində qaldı

Marina Bakıda anadan olub. Lakin onun bir yaşı olanda Müslüm ailəni və Bakını tərk edib Moskvaya yollanır. Moskvadakı gərgin iş rejimi, davamlı qastrollar Müslümü yorsa da o heç zaman Bakıdakı qızını unutmayıb, ona qarşı diqqətsizlik etməyib. Tez-tez qızına baş çəkib və həmişə onun xərclərini qarşılayıb. 

Sonradan Marina anası ilə Amerika Birləşmiş Ştatlarına köçür. Bununla belə onların əlaqəsi kəsilmir. Müslüm Maqomayev yeni həyat yoldaşı, müğənni Tamara Sinyayevskaya ilə tez-tez onlara baş çəkməyə gedirdi. 

Uşaqlıqdan Marina da yaradıcılığa maraq göstərirdi, mahnı oxumağı və rəqs etməyi sevirdi. O da atası kimi pianoda gözəl ifa edirdi. Ona görə də, Müslüm Marina ilə birgə səhnədə konsertlər verməyi çox istəyirdi. Lakin Marina başqa bir yol seçərək atasının sənətini davam etdirmədi.  

Nəvə də Maqomayevin yolunu davam etdirmədi 

Hazırda ABŞ-da yaşayan Marina Maqomayeva şəxsi həyatını gizli saxlamağa üstünlük verir. Jurnalistlərlə çox nadir hallarda ünsiyyət qurur.  

Xatırladaq ki, Marina atasının dostunun oğlu - Aleksandr Kozlovski ilə evlidir. Onların Alen adlı bir oğulları var. Alenin gözəl səsi olmasına baxmayaraq o da babasının yolu ilə getmədi. O, hazırd ABŞ-ın Ohayo ştatında yaşayır və prodüserlik edir. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti