Müğənni Elnarə Xəlilova televiziyalardan şikayət edib.
Yenisabah.az xəbər verir ki, bu barədə sənətçi “Səhərin səsi” verilişində danışıb. Elnarə kanalları bayağı mahnıların təbliğində günahlandırıb:
"Avtomobildə radioları monitorinq edirəm. Orada ara mahnısı eşitmirəm. Onlar öz simalarını qorumağı bacardı. Amma televiziyalar haqda onu deyə bilməyəcəm. Kanallar yoldan keçəni efirə çıxarır".