19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Türkiyənin tanınmış aktyorları Azərbaycana gəlir

13.12.2022 - 59 - Mədəniyyət

Türkiyəli məşhurlar "Bakı Türk Filmlər Həftəsi" ilə əlaqədar ölkəmizə qonaq gəlirlər. 


SHOWXEBER.AZ xəbər verir ki, aktrisalar İpek Tuzcuoğlu, Didem Balçın, aktyorlar İlker Aksum, Umut Karadağ, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel Nizami Kino Mərkəzində baş tutacaq "Bakı Türk Filmlər Həftəsi"ndə iştirak edəcəklər. 

"Bakı Türk Filmlər HəftəsBakı Türk Filmlər Həftəsi" Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Yunus Emre İnstitunun təşkilatçılığı ilə dekabrın 17-21-də baş tutacaq. 

Açılış dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi ilə olacaq.
Dekabrın 19-da isə Nizami Kino Mərkəzində Semih Kaplanoğlunun master-klassı keçiriləcək və o, sektorun nümayəndələri ilə görüşəcək. 

"Bakı Türk Filmləri Həftəsi"nin keçirilməsində məqsəd türk filmlərini Azərbaycan kinosevərləri ilə bir araya gətirmək, Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görmək, Türkiyənin kino təcrübəsini Azərbaycana ötürmək, rejissorlar, aktyorlar və ssenaristlər arasında əlaqələr yaratmaq və iki ölkənin mədəniyyət sənayesinə töhfə verməkdir. 

Dekabrın 17-21-də “Bağlılıq Həsən”, “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və “Rafadan Tayfa-Göbeklitepe” filmləri pulsuz nümayiş olunacaq. 

Qeyd edək ki, Umut Karadağ və Didem Balçın "Kuruluş Osman" serialı, İlker Aksum "Yabancı Damat", 

İpek Tuzcuoğlu isə "Asmalı konak" serialı ilə məşhurlaşıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti