9.01.2023 - 33 - Mədəniyyət
Aparıcı Elgiz Əkbərin Xalq artisti Məleykə Əsədovaya ünvanladığı sual onu əsəbiləşdirib.
Axşam.az xəbər verir ki, aparıcı "Elgizlə izlə" verilişində aktrisaya niyə ailə qurmaması ilə bağlı sual ünvanlayıb.
"Gözəl, cavan və gəncsiniz, Məleykə xanım. Niyə ərə getmirsiniz? Sizin ailə qurmamağınız məni çox narahat edir. İstəmirsiniz ki, sizin yanınızda qayğı göstərən bir bəy olsun" sualına Əsədova hirslənib və belə reaksiya verib:
"Neçə vaxtdır ki, Elgizi bu sual, fikir alıb, götürüb. Deyir ki, necə olacaq bunun sonu. Evdə özüm boyda qızım var. Yenidən ailə həyatı qurmaq haqda isə heç düşünmürəm. Qızım ailə qurandan sonra həyat yoldaşı ilə dünya turuna çıxsa, mən də onlarla birlikdə gedəcəyəm".
Proqramda yer alan Xalq artisti Naibə Allahverdiyeva "Qadının ailəsi olmayanda o tacsız kraliçaya bənzəyir. Bu, sözləri Məleykəyə ünvanlamıram. Məleykə gözəl xanımdır. Yəqin onun da qisməti olacaq deyə, əlavə edib.
Məleykə isə "Bu yaşdan sonra ailə qurmağı heç istəmirəm. Allah özümə can sağlığı, güc versin. Qız övladı böyüdürəm. Həyat isə çox çətinləşib. İnsanlar çox dəyişib. Nəvələrimə baxıb, qulluq edərəm. Nəvələrim, qızım, kürəkənimlə bayramları qeyd edərəm" deyə, bildirib.