11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Əlibaba Məmmədovun məzarının eskizi bəyənilmədi: "16 minə belə qəbir olar?"

21.04.2023 - 103 - Maqazin

Ötən ilin fevralında vəfat edən Xalq artisti Əlibaba Məmmədovun məzarının üstü hələ də götürülməyib.


SHOWXEBER.AZ "Xəzərxəbər"ə istinadən xəbər verir ki, sənətçinin qızı Rəqsanə Məmmədli atasının qəbir daşının hazırlanması üçün dövlət tərəfindən 16 min manat pul ayrıldığını bildirib. Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti məzarın eskizi hazırlayaraq ailəyə göstərsə də, onlar razılığa gələ bilməyib:

"Qohumlarla yığılıb eskizə baxdıq, Dedik ki, belə qəbir olar? Adi qəbir daşı idi. Hamı dedi ki, 16 minlik qəbir deyil. Əlibaba Məmmədovun adına yaraşan deyil. Bizə dedilər ki, əgər daha yaxşı olmasını istəyirsinizsə, əlavə pul ödəyin". 

R.Məmmədli martın 29-da Əlibaba Məmmədov xatirə gecəsində iştirak etməkdən imtina etdiyini də bildirib:

"Atamın qəbri düzəlməyib, orada necə iştirak edim? Utanıram axı. Görənlər deyəcək ki, kişinin qəbri düzəlməyib, burada çal-çağırdır. İli çıxdı, camaat ziyarət üçün hara getsin?".

Məsələ ilə bağlı Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirilib ki, bunun üçün 16 min manat pul ayrılıb. Sənətkarın ailəsinə məlumat verilib, lakin ailə ödənilən məbləğlə razılaşmayıb. Həmin vəsait digər məzar daşlarına da şamil edilir. Rəqsanə Məmmədli razılaşdığı təqdirdə həmin məzar daşının qoyulması dərhal təmin olunacaq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti