19.05.2023 - 23 - Maqazin
Tanınmış modelyer Fəxriyyə Xələfovanın müğənnilik istedadı üzə çıxıb.
"SHOW XƏBƏR" xəbər verir ki, bu barədə modelyer özü danışıb.
O, bu haqda “Özəl Tube” verilişində məlumat verib.
Xələfova “Arşın mal alan” filmindən “Gülçöhrənin ariyası”nı ifa edib klip çəkdirəcəyini də açıqlayıb:
“Əslində mən oxuya bilirəm. Bəli, sensasiya! Ona görə ki, illərlə efirlərdə layihələrimlə bağlı müsahibələr vermişəm, aparıcı kimi də səsim qulağa olduqca xoşdur. Verilişlərin birində cəhd edib canlı mahnı oxudum.
“Gülçöhrənin ariyası”nı oxuyacam. Milli geyimlərimizi geyinəcəm, oxuyacam və rejissor Nail Naiboğlu klip çəkəcək”.