11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”

5.02.2020 - 504 - Mədəniyyət

Prezident İlham Əliyev tərəfindən "Şərəf” ordeni ilə təltif olunduğumu sizdən eşidirəm. 

Bunu "Report”a açıqlamasında sabah 90 yaşı tamam olan Xalq artisti Əlibaba Məmmədov deyib.

O, təltif edilməsinə görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

"Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Onlar hər zaman mənim sənətimə yüksək qiymət veriblər. Bu diqqət və qayğıdan çox razıyam. Bunu heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam. Sağ olsunlar”.

Xalq artisti səhhəti ilə bağlı da danışıb: 
"Yaşla əlaqədar səhhətimdə bəzi çətinliklər var, amma özümü yaxşı hiss edirəm. 90 yaşlı adam necə olarsa, mən də eləyəm”.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 1930-cu ilin fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Sabah onun 90 illik yubileyidir.

Prezident İlham Əliyev fevralın 4-də Əlibaba Məmmədovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti