20.12.2020 - 542 - Mədəniyyət
Azərbaycanın Xalq artisti Sabir Əliyev də koronavirusa yoluxub.
Showxeber.Az xəbər verir ki, bu barədə Olke.az-a prodüser Sənan Sərdaroğlu məlumat verib.
Onun sözlərinə görə, sənətkar hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.
Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildən isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını daşıyır.